Xəbərlər

8 Noyabr – Zəfər baramımız mübarək!

Mətnin ölçüsü

Inter Price şirkəti olaraq, xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik!

Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, sarsılmaz birliyinin, Vətənə sonsuz sevgisinin və qəhrəmanlıq ruhunun təntənəsidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın əzmini, ordumuzun gücünü və milli həmrəyliyimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Bu möhtəşəm Zəfər yalnız torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın illərlə qəlbində yaşatdığı ümidlərin, arzuların və müqəddəs Vətən sevgisinin gerçəkləşməsidir. Bu gün hər bir azərbaycanlı üçün qürur, şərəf və sonsuz fəxarət günüdür.

Bu şanlı tarixin yazılmasında canından keçərək ən uca zirvəyə – şəhidlik məqamına yüksələn qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlığımızı bildiririk. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq xalqımızın yaddaşında daim yaşayacaqdır.

Inter Price olaraq, ölkəmizin qazandığı bu tarixi Qələbəni böyük qürur hissi ilə qeyd edir, Azərbaycanın davamlı inkişafı, rifahı və firavan gələcəyi naminə atılan hər bir addımın əhəmiyyətini yüksək qiymətləndiririk.

Arzu edirik ki, üçrəngli bayrağımız daim sülh və əmin-amanlıq şəraitində yüksəklərdə dalğalansın, ölkəmizin uğurları və qələbələri davamlı olsun!

Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun!

🇦🇿 8 Noyabr – Zəfər Günümüz mübarək!

Hörmətlə, Inter Price kollektivi

Saytda axtarış

WhatsApp ilə əlaqə (yeni pəncərədə açılır)